TAY.AZ
Kişi Dunyasi

Tay.Az / Yeke Qarin Kişiler

Amerikalı alimlərin araşdırması zamanı bəlli olub ki, qarındakı piylər təkcə görünüşə deyil, yaddaşa da təsir edir.
Elmi araşdırmalar nəticəsində qarında piyin yığılması ilə yaddaş zəifliyi arasında bağlılığın olduğu aşkarlanıb. Bu araşdırmaların nəticəsi Scientific Amerikan jurnalında dərc olunub. Amerika alimlərinin fikrincə qarındakı piy adamlarda qocalara xas, yaddaş, nitq, beyin funksiyalarının pozğunluğu kimi xəstəlik yaradır. Elmi araşdırmaya görə demensiya adlanan bu xəstəliyə yekəqarın kişilərin böyük bir qismində rast gəlinib. Qarın nahiyəsindəki piyin yandırılmasından sonra insanın ciyərinin zülaldan istifadə etməsi məlum olub. Zülalın ilk növbədə yaddaşın formalaşmasında və fəaliyyətində iştirak edən əsas komponent olduğunu söyləyən alimlər belə olan halda ciyərin çatışmayan komponentləri digər orqanlardan aldığını müəyyən ediblər. Aparılan son araşdırmalara əsasən yaddaşın zəifləməsi ilə yanaşı, piylənmədən əziyyət çəkən insanlarda qocalan zaman marazm xəstəliyinin əmələ gəlməsi qorxusunun arıqlara nisbətən 3,6 dəfə çox olur. Alimlər bunun qarşısını almaq üçün aktiv həyat tərzi, idman və sağlam qidanı məsləhət görürlər.
---
» Geri Qayıt

» Geri Qayıt
Ana Sehife
Style:Göy (facebook)